Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,2% enib
# 06 sentyabr 2012 07:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 048 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 403 bəndədək, Nasdaq 0,2% - 3 069 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına xarici amillər təsir edib.

Avropa fond bazarlarında sentyabrın 5-də FTSE 100 indeksi 0,3% - 5 658 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 6 965 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 406 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 698,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2608 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR