Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi baş tutmayıb

BFB-də Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi baş tutmayıb
# 06 sentyabr 2012 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101634S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investorun iştirak etdiyi hərracda sifarişin nominal üzrə ümumi həcmi 1 001,9 min manat təşkil edib. Sifariş 99,8749% (gəlirlik 1,61%) qiyməti ilə təqdim olunub. Hərrac ikidən az investorun iştirakı nəticəsində rəqabətli qiymətin formalaşmaması səbəbindən emitent tərəfindən baş tutmamış hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR