Bank Of Baku

AGBI indeksi 0,9968, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9968, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 10 sentyabr 2012 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0033 bənd və ya 0,3% azalaraq sentyabr ayının 10-na 0,9968 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması sentyabrın 7-də dövlət istiqrazlarının bir buraxılışının dövriyyədən çıxarılması və bir buraxılışın yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının azalması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR