Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,02%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,02%, Nasdaq 0,3% yüksəlib
# 12 sentyabr 2012 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Sentyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 323 bəndədək, S&P 500 0,02% - 1 434 bəndədək, Nasdaq 0,3% - 3 105 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə investorların Federal Ehtiyat Sisteminin Açıq bazarları üzrə komitə tərəfindən iqtisadiyyatı stimullaşdıracaq qərarların qəbul edəcəyi barədə gözləntilər təsir edib.

Avropa fond bazarlarında sentyabrın 11-də FTSE 100 indeksi 0,02% - 5 792 bəndədək enib, Almaniya DAX-ı 1,3% - 7 310 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 537 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 738,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2872 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR