Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2%, Nasdaq 0,3% yüksəlib
# 13 sentyabr 2012 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 333 bəndədək, S&P 500 0,2% - 1 437 bəndədək, Nasdaq 0,3% - 3 114 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, əvvəlki ticarət günü kimi sentyabrın 12-də də investorların Federal Ehtiyat Sisteminin Açıq bazarları üzrə komitə tərəfindən iqtisadiyyatı stimullaşdıracaq qərarların qəbul edəcəyi barədə gözləntilər bazarda müsbət dinamika yaradıb.

Avropa fond bazarlarında sentyabrın 12-də FTSE 100 indeksi 0,2% - 5 782 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 7 344 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 544 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 733,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2926 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR