Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 20 sentyabr 2012 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 578 bəndədək, S&P 500 0,1% - 1 461 bəndədək, Nasdaq 0,2% - 3 183 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə ölkənin təkrar mənzil bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, burada avqust ayında bağlanılan əqdlərin sayı iyula nisbətən 7,8% artıb.

Avropa fond bazarlarında sentyabrın 19-də FTSE 100 indeksi 0,4% - 5 889 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 391 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 532 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 767,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3013 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR