Bank Of Baku

Volqoqrad vilayətinin qubernatoru Azərbaycana səfər edəcək

Volqoqrad vilayətinin qubernatoru Azərbaycana səfər edəcək
# 21 sentyabr 2012 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn həftə Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan və Rusiya sahibkarları arasında işgüzar görüş keçiriləcək.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti və kiçik sahibkarlıq subyektlərini təmsil edən Rusiya iş adamları iştirak edəcəklər. İşgüzar görüş sentyabrın 24-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR