Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,1%, Nasdaq 0,2% enib
# 21 sentyabr 2012 08:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 597 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 460 bəndədək, Nasdaq 0,2% - 3 176 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ hesabatlar təsir edib.

Avropa fond bazarlarında sentyabrın 20-də FTSE 100 indeksi 0,6% - 5 855 bəndədək, Almaniya DAX-ı 0,02% - 7 390 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 510 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 773,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2987 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR