Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,01% enib, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,01% enib, Nasdaq 0,1% yüksəlib
# 24 sentyabr 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 580 bəndədək, S&P 500 0,01% - 1 460 bəndədək, Nasdaq 0,1% - 3 180 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bir sıra daxili və xarici amillər təsir edib. Belə ki, «Standard & Poor’s» agentliyi bəyan edib ki, ABŞ-ın əmək bazarı üzrə zəif statistika iqtisadiyyatın artmasını ləngidir, bu da bazar iştirakçıları tərəfindən mənfi qarşılanıb. Eyni zamanda, Avropa Komissiyası ilə İspaniya arasında maliyyə yardımının təqdim edilməsi barədə danışıqların intensivləşməsi müsbət amil kimi qiymətləndirilir.

Avropa fond bazarlarında sentyabrın 21-də FTSE 100 indeksi 0,03% - 5 853 bəndədək enib, Almaniya DAX-ı 0,8% - 7 452 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 531 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 765,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2949 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR