Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,4% enib

Dow Jones indeksi 0,8%, S&P 500 1,1%, Nasdaq 1,4% enib
# 26 sentyabr 2012 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 13 458 bəndədək, S&P 500 1,1% - 1 442 bəndədək, Nasdaq 1,4% - 3 118 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi Federal Ehtiyat Sisteminin komitəsinin bir üzvünün bəyanatından sonra baş verib. Belə ki, Filadelfiya Federal Ehtiyat Bankının prezidenti Çarlz Plosser bəyan edib ki, iqtisadiyyatın stimullaşdırılması ilə bağlı yeni proqram effektiv olmayacaq.

Avropa fond bazarlarında sentyabrın 25-də FTSE 100 indeksi 0,4% - 5 860 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 425 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 514 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 764,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2874 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR