Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,5% yüksəlib
# 04 oktyabr 2012 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 495 bəndədək, S&P 500 0,4% - 1 451 bəndədək, Nasdaq 0,5% - 3 135 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ABŞ şirkətlərində iş yerlərinin sayı sentyabrda aylıq müqayisədə 162 min vahid artıb, ölkənin xidmət sahəsində işgüzar fəallığı indeksi isə sentyabrda 1,4 faiz bəndi artaraq 55,1%-ə çatıb.

Avropa fond bazarlarında oktyabrın 3-də FTSE 100 indeksi 0,3% - 5 826 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 322 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3 406 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 782,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2926 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR