Bank Of Baku

BFB-də 2,022 mln. manat həcmində dövlət istiqrazları yerləşdirilib

BFB-də 2,022 mln. manat həcmində dövlət istiqrazları yerləşdirilib
# 05 oktyabr 2012 15:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101029368 saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, sifariş 1 investor tərəfindən təqdim olunub və sifarişin nominal üzrə ümumi məbləği 2 021 700 manat təşkil edib.

Sifariş 99,38% (gəlirlilik 2,50 %) qiymətində təqdim edilib. İstiqraz vərəqələrinin rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,38%, orta ölçülmüş qiymət 99,38% səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 021 700 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 2013-cü ilin yanvarın 4-dür. İstiqrazların tədavül müddəti 91 gündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR