Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının daha 10 mln. manatlıq not emissiyası yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının daha 10 mln. manatlıq not emissiyası yerləşdirilib
# 10 oktyabr 2012 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104134S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda verilən sifarişlərin nominal üzrə ümumi məbləği 16,003 mln. manat təşkil edib. Sifarişlər 99,7904% (gəlirlik 2,70%) – 99,7515% (gəlirlik 3,20%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti Mərkəzi Bank tərəfindən 99,7904% (gəlirlik 2,70%), orta ölçülmüş qiyməti 99,7904% (gəlirlik 2,70%) səviyyəsində tərəfindən müəyyən edilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il noyabrın 7-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR