Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,02%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,02%, Nasdaq 0,1% yüksəlib
# 12 oktyabr 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 326 bəndədək enib, S&P 500 0,02% - 1 433 bəndədək, Nasdaq 0,1% - 3 049 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Bu göstəricilərin bir hissəsinin müsbət, bir hissəsinin isə mənfi olması səbəbindən bazarda vahid dinamika olmayıb. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 2008-ci ilin fevral ayında ən aşağı səviyyəyə düşüb, lakin sentyabr ayında idxal mallarının ortalama qiyməti aylıq müqayisədə 1,1% artıb və avqust ayında ölkənin xarici ticarət balansının kəsiri 1,7 mlrd. dollar artaraq 44,2 mlrd. dollara çatıb.

Avropa fond bazarlarında oktyabrın 11-də FTSE 100 indeksi 0,9% - 5 830 bəndədək, Almaniya DAX-ı 1,1% - 7 282 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 414 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 771,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2928 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR