Bank Of Baku

BFB-də AZ0106010355 seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-də AZ0106010355 seriyalı 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 23 oktyabr 2012 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106010355 seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2,897 mln. manat təşkil edib. Sifarişlər 100,28% (gəlirlik 5,00%), 100,38% (gəlirlik 5,00%) və 100,55% (gəlirlik 5,00%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2015-ci ilin oktyabrın 20-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR