Bank Of Baku

Dow Jones indeksi 1,8%, S&P 500 1,4%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 1,8%, S&P 500 1,4%, Nasdaq 0,9% enib
# 24 oktyabr 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,8% - 13 103 bəndədək, S&P 500 1,4% - 1 413 bəndədək, Nasdaq 0,9% - 2 991 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi bir sıra iri şirkətlərinin mənfi hesabatlarının açıqlanmasından sonra baş verib. Belə ki, «DuPont», «Whirlpool», «Xerox» kimi şirkətlərin mənfəətinin III rübdə azaldığı məlum olub.

Avropa fond bazarlarında oktyabrın 23-də FTSE 100 indeksi 1,4% - 5 798 bəndədək, Almaniya DAX-ı 2,1% - 7 174 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3 407 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 711,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2988 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR