Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,6% yüksəlib
# 06 noyabr 2012 11:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 112 bəndədək, S&P 500 0,2% - 1 417 bəndədək, Nasdaq 0,6% - 3 000 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında əsasən siyasi amillər təsir edib. Daha dəqiq, prezident seçkiləri ərəfəsində bazar kiçik nikbinlik nümayiş etdirib.

Avropa fond bazarlarında noyabrın 5-də FTSE 100 indeksi 0,5% - 5 839 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 317 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 449 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 685,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2778 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR