Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,0%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,0%, Nasdaq 0,6% yüksəlib
# 07 noyabr 2012 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 13 281 bəndədək, S&P 500 1,0% - 1 432 bəndədək, Nasdaq 0,6% - 3 019 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına prezident seçkiləri təsir göstərib.

Avropa fond bazarlarında noyabrın 6-da FTSE 100 indeksi 0,8% - 5 885 bəndədək, Almaniya DAX-ı 0,7% - 7 378 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 479 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,3% artaraq 1 724,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2862 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR