Bank Of Baku

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 15 aprel 2020 16:15 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101479S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 99,4418 manat (7,22%) və 99,4773 manat (6,76%) olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 253 871 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4601 manat (6,98%), orta ölçülmüş qiyməti isə 99,4624 manat (6,95%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 13.05.2020-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR