Aprelin 21-də Amerika fond bazarında Dow Jones indeksi 2,44% – 23,650.44 bəndədək, S&P 500 indeksi 1,79% – 2,823.16 bəndədək, Nasdaq indeksi isə 1,03% – 8,560.73 bəndədək enib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 21-də FTSE 100 indeksi 0,45% – 5,812.83 bəndədək, Almaniya DAX-ı 0,47% – 10,675.90 bəndədək, Fransa CAC-40 indeksi isə 0,65% – 4,528.30 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% azalaraq 1 699,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% azalaraq 1,0860 dollar təşkil edib.