İyunun 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,09% – 27,272.30 bəndədək, S&P 500 indeksi 0,78% – 3,207.18 bəndədək enib, Nasdaq indeksi isə 0,29% – 9,953.75 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 9-da FTSE 100 indeksi 2,11% – 6,335.72 bəndədək, Fransa CAC-40 indeksi 1,55% – 5,095.11 bəndədək, Almaniya DAX-ı isə 1,57% – 12,617.99 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,48% artaraq 1 715,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,39% artaraq 1,1337 dollar təşkil edib.