Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% – 31,148.24 bəndədək, S&P 500 indeksi 0,39% – 3,886.83 bəndədək, Nasdaq indeksi isə 0,57% – 13,856.3 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 4-də FTSE 100 indeksi 0,22% – 6,489.33 bəndədək enib, Fransa CAC-40 indeksi 0,9% – 5,659.26 bəndədək yüksəlib, Almaniya DAX indeksi isə 0,03% – 14,056.72 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,22% artaraq 1 813 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,69 artaraq 1,2046 dollar təşkil edib.