Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,14% – 23,537.68 bəndədək, Nasdaq indeksi 1,66% – 8,532.36 bəndədək, S&P 500 indeksi isə 0,58% – 2,799.55 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 16-da FTSE 100 indeksi 0,55% – 5,628.43 bəndədək, Almaniya DAX-ı 0,21% – 10,301.54 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi isə 0,08% – 4,350.16 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,24% azalaraq 1 728,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,69% azalaraq 1,0832 dollar təşkil edib.