Yanvarın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,74% – 28,956.90 bəndədək, S&P 500 indeksi 0,67% – 3,274.70 bəndədək, Nasdaq indeksi isə 0,81% – 9,203.43 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 9-da FTSE 100 indeksi 0,31% – 7,598.12 bəndədək, Fransa CAC-40 indeksi 0,19% – 6,042.55 bəndədək, Almaniya DAX-ı isə 1,31% – 13,495.06 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,64% azalaraq 1 555,1 dollara bərabər olub.
Yanvarın 9-da dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,06% azalaraq 1,1106 dollar təşkil edib.