Bank Of Baku

Asiya fond bazarları həftəyə enişlə başlayıb

Asiya fond bazarları həftəyə enişlə başlayıb
# 13 iyul 2026 08:06 (UTC +04:00)

Asiya-Sakit okean regionunun aparıcı fond indeksləri həftənin ilk ticarət gününə əsasən mənfi dinamika ilə başlayıb.

APA-Economics" xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi 1,69% və ya 1 160,66 bənd azalaraq 67397,87 bəndə düşüb. Ölkənin daha geniş bazar göstəricisi olan “TOPIX” isə 0,54% və ya 21,91 bənd geriləyərək 4 014,17 bənd təşkil edib.

Honq-Konqun Hang Seng indeksi 0,14% azalaraq 24 140,92 bəndə, Çinin CSI 300 indeksi isə 1,34% enərək 4 716,67 bəndə düşüb.

Avstraliyanın “S&P/ASX 200” indeksi də 0,17% azalaraq 8790,80 bənd səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,81% artaraq 271,38 bəndə yüksəlib.

Bazar iştirakçıları ABŞ-da faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qala biləcəyi ilə bağlı gözləntiləri, həmçinin qlobal ticarət siyasəti və geosiyasi riskləri qiymətləndirdikləri üçün Asiya fond bazarlarında satışlar üstünlük təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR