Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) korporativ təmin olunmamış istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərraca 10 mln. manat həcmində istiqrazlar çıxarılacaq. Faiz gəliri 9,25% olan istiqrazların hər birinin nominal dəyəri 1 000 manat qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların tədavül müddəti 730 gündür (2 il).
İstiqrazların ödəmə tarixi 2021-ci ilin iyulun 31-dir. Sözügedən qiymətli kağızların yerləşdirilməsi zamanı anderrayter qismində “PAŞA Kapital” çıxış edəcək.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.