Bank Of Baku

"Bitcoin" kəskin ucuzlaşıb

"Bitcoin" kəskin ucuzlaşıb
# 15 iyul 2019 14:47 (UTC +04:00)

"Bitcoin" 10%-dən çox ucuzlaşaraq, son iki həftənin minimumuna enib.

"APA-Economics"in məlumatına görə, "Bitcoin" ötən həftənin cümə günündən bu günədək 11,1% ucuzlaşaraq 9 855 dollara bərabər olub ki, bu, iyulun 2-dən etibarən müşahidə edilən ən aşağı göstəricidir. Sözügedən kriptovalyuta bazar günü illik müqayisədə 10,4% ucuzlaşıb. Bu da cari il ərzində "Bitcoin"in sayca ikinci kəskin ucuzlaşmasıdır.

Buna baxmayaraq, hazırda birjalarda "Bitcoin"in məzənnəsi 10 200 dollara bərabərdir.

Qeyd edək ki, bu ilin iyun ayında "Facebook"un özünün kriptovalyutasını dövriyyəyə buraxılması elanından sonra “Bitkoin” 55% bahalaşaraq son 18 ayın maksimumuna bərabər olub – 14 000 dollar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR