ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,42% azalaraq 1 barelə görə 59,00 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,01% artaraq 55,11 dollar təşkil edib.