Bank Of Baku

Dünya bazarında neftin qiyməti 98 dollara yaxınlaşıb

Dünya bazarında neftin qiyməti 98 dollara yaxınlaşıb
# 08 sentyabr 2026 09:44 (UTC +04:00)

Dünya bazarında neft bahalaşmaqda davam edir.

"APA-Economics" xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,61 dollar və ya 0,63% artaraq bir barel üçün 97,61 dollar təşkil edib.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,52 dollar və ya 1,66% bahalaşaraq 93 dollara çatıb.

Analitiklər qeyd edirlər ki, neftin bahalaşması ABŞ və İran arasında gərginliyin yenidən artması və Yaxın Şərqdən tədarükün uzun müddət məhdud qala biləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. İran ABŞ-ın yeni hücumlarına cavab verəcəyi barədə xəbərdarlıq edib, Hörmüz boğazından gəmi hərəkəti isə yenidən zəifləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR