ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 1,21% artaraq 1 barelə görə 87.93 dolları təşkil edib.
“APA- Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,29% artaraq 84.67 ABŞ dollarına bərabər olub.