İyulun 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,44% – 26 717,43 bəndədək, S&P 500 0,77% – 2 964,33 bəndədək, Nasdaq isə 1,06% – 8 091,16 bəndədək yüksəlib.
“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında iyulun 1-də FTSE 100 indeksi 0,97% – 7 497,50 bəndədək, Fransa CAC-40 0,52% – 5 567,91 bəndədək, Almaniya DAX-ı isə 0,99% – 12 521,38 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 1,53% azalaraq 1 398 dollara bərabər olub.
İyulun 1-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,7% azalaraq 1,129 dollar təşkil edib.