İyunun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,21% – 33 874,24 bəndədək, S&P 500 indeksi 0,11% – 4 241,84 bəndədək enib, Nasdaq indeksi isə 0,13% – 14 271,73 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 23-də FTSE 100 indeksi 0,22% – 7 074,06 bəndədək, Fransanın CAC-40 indeksi 0,91% – 6 551,07 bəndədək, Almaniyanın DAX indeksi isə 1,15% – 15 456,39 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,67% azalaraq 1 778 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% azalaraq 1,1923 dollar təşkil edib.