Bank Of Baku

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib - YENİLƏNİB

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib - YENİLƏNİB
# 08 oktyabr 2025 10:50 (UTC +04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 4 050 ABŞ dollarının ötərək tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,25% artaraq 4 054,3 ABŞ dollarına bərabər olub.

***

08.35

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,92% artaraq 4 041,22 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,48% artaraq 48,22 ABŞ dolları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR