Noyabrın 4-də dünya fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. ABŞ və Avropada bütün əsas indekslər yüksəlib, Asiya-Sakit okean regionunda isə qarışıq nəticələr müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 1 569,40 bənd və ya 3,03% artaraq 53 356,12 bəndə yüksəlib. “S&P 500” indeksi 119,70 bənd və ya 1,58% bahalaşaraq 7 688,62 bəndə, “Nasdaq Composite” indeksi isə 364,50 bənd və ya 1,44% artaraq 25 736,51 bəndə çatıb.
“NYSE Composite” indeksi 1,56% yüksələrək 24 686,13 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 2,28% artaraq 36 341,40 bənd təşkil edib.
Avropa fond bazarlarında da bütün əsas indekslər yüksəlib. “Euro Stoxx 50” indeksi 1,97% artaraq 6 265,71 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 1,79% yüksələrək 10 829,21 bəndə çatıb.
Almaniyanın “DAX” indeksi 2,22% artaraq 26 437,67 bənd, Fransanın “CAC 40” indeksi 1,96% yüksələrək 8 177,89 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 3% bahalaşaraq 19 370,90 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 0,94% azalaraq 61 606,53 bəndə düşüb. “TOPIX” indeksi isə 1,45% artaraq 3 951,67 bəndə yüksəlib.
Honq-Konqun “Hang Seng” indeksi 3,10% artaraq 24 662,11 bəndə, Çinin “CSI 300” indeksi isə 0,36% yüksələrək 4 115,93 bəndə çatıb.
Avstraliyanın “S&P/ASX 200” indeksi 2,33% artaraq 9 040,20 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,06% azalaraq 255,71 bəndə düşüb.
Analitiklərin qiymətləndirmələrinə görə, ABŞ və Avropa fond bazarlarındakı yüksəlişə ABŞ-da aralıq seçkilərin nəticələrinin müəyyənləşməsi, siyasi qeyri-müəyyənliyin azalması və neft qiymətlərinin kəskin ucuzlaşması təsir göstərib.
Demokratların Konqresin hər iki palatasında çoxluq qazanması prezident Donald Trampın iqtisadi siyasətinə qanunverici nəzarətin güclənəcəyi ilə bağlı gözləntilər yaradıb. Eyni zamanda, neftin ucuzlaşması inflyasiya təzyiqlərinin zəifləyəcəyi ehtimallarını artırıb. Avropada isə şirkətlərin müsbət maliyyə nəticələri də indekslərin yüksəlişini dəstəkləyib.