Bank Of Baku

Kriptobirjada əsas aktivlərdə eniş davam edib

Kriptobirjada əsas aktivlərdə eniş davam edib
# 24 iyul 2026 08:56 (UTC +04:00)

Kriptovalyuta bazarında eniş davam edib.
APA-Economics” xəbər verir ki, qlobal kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti ucuzlaşıb.
Qlobal kriptovalyuta bazarının kapitallaşması 0,78% azalaraq 2,22 trilyon dollara enib. CMC20 indeksi isə 0,83% geriləyərək 132,72 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,46% ucuzlaşaraq 65 291,13 dollara düşüb. Bazar dəyərinə görə ikinci yerdə qərarlaşan “Ethereum”un qiyməti 2,40% azalaraq 1 875,25 dollar olub. BNB isə 0,37% dəyər itirərək 567,63 dollara enib.
Qızıla indekslənmiş tokenlər də mənfi dinamika nümayiş etdirib. Tether Gold (XAUt) 2,25% ucuzlaşaraq 4 025,35 dollara, PAX Gold (PAXG) isə 2,29% azalaraq 4 022,34 dollara düşüb.
İlk onluqda yalnız Monero (XMR) müsbət dinamika göstərərək son sutkada 0,89% bahalaşıb. Zcash 0,79%, Bitcoin Cash 3,18%, Bittensor isə 1,42% ucuzlaşıb.
Bazar iştirakçıları riskli aktivlər üzrə mənfəət realizasiyasını davam etdirirlər. Eyni zamanda, ABŞ-İran gərginliyinin yenidən diqqət mərkəzinə gəlməsi investorların daha təhlükəsiz aktivlərə üstünlük verməsinə səbəb olur. Bu fonunda kriptovalyuta bazarında satış təzyiqi artır. Bunu “CoinMarketCap”in Fear & Greed indeksinin 37 bəndə enərək bazarda "qorxu" əhval-ruhiyyəsinin üstünlük təşkil etdiyini göstərməsi də təsdiqləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR