Bank Of Baku

Neft kəskin bahalaşıb

Neft kəskin bahalaşıb
# 12 oktyabr 2019 09:02 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,39% artaraq 1 barelə görə 60,51 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,15% artaraq 54,70 dollar təşkil edib.

Qeyd edək ki, neftin kəskin bahalaşması Qırmızı dənizdə İran tankerinə hücum xəbəri fonunda baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR