ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,4% artaraq 1 barelə görə 61,95 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,91% artaraq 54,98 dollar təşkil edib.