Dünya fond bazarlarında əsas indekslərin əksəriyyəti yüksəlib.
“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 366,19 bənd və ya 0,71% artaraq 52 048,83 bəndə, S&P 500 114,20 bənd və ya 1,49% yüksələrək 7 764,70 bəndə, Nasdaq Composite isə 599,55 bənd və ya 2,26% artaraq 27 122,09 bəndə çatıb. NYSE Composite 0,37% artaraq 24 086,66 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 0,57% yüksələrək 36 009,40 bənd təşkil edib.
Avropada da bütün əsas indekslər artıb. Euro Stoxx 50 1,31% yüksələrək 6 318,20 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,75% artaraq 10 739,01 bəndə, Almaniyanın DAX indeksi 1,07% yüksələrək 25 575,01 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,92% artaraq 8 138,94 bənd, İspaniyanın IBEX 35 indeksi isə 1,08% yüksələrək 19 724,40 bənd olub.
Asiya-Sakit okean regionunda da əsasən müsbət dinamika qeydə alınıb. Honq-Konqun Hang Seng indeksi 0,51% artaraq 25 171,11 bəndə, Çinin CSI 300 indeksi 0,58% yüksələrək 4 565,76 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,10% artaraq 8 740,20 bəndə çatıb. Yaponiyada bazarlar bağlı olduğundan Nikkei 225 və TOPIX üzrə cədvəldə sentyabrın 18-nə olan son göstəricilər əks olunub.
Qlobal bazarlardakı yüksəlişə neftin kəskin ucuzlaşmasının inflyasiya narahatlıqlarını zəiflətməsi və ABŞ istiqrazlarının gəlirliliyinin geriləməsi dəstək verib. ABŞ-da artıma xüsusilə texnologiya və süni intellektlə əlaqəli şirkətlərin səhmləri təkan verib və bu, "Nasdaq"ın digər əsas indeksləri üstələməsinə səbəb olub. Avropada enerji qiymətlərinin azalması və istiqraz gəlirliliyinin geriləməsi səhmləri dəstəkləyib. Asiyada isə neftin ucuzlaşması ilə yanaşı, Çin səhmlərindəki yüksəliş regionun əsas indekslərinə müsbət təsir göstərib.