Dünya fond bazarlarında əsas indekslər üzrə əsasən mənfi dinamika müşahidə olunur.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarında Dow Jones indeksi 328,09 bənd və ya 0,63% azalaraq 52 093,11 bəndə, S&P 500 indeksi 34,25 bənd və ya 0,45% geriləyərək 7 585,73 bəndə, Nasdaq Composite isə 204,84 bənd və ya 0,78% azalaraq 25 981,57 bəndə düşüb. NYSE Composite indeksi 0,32% azalaraq 24 128,46 bənd təşkil edib.
Avropa bazarlarında da əsas indekslər aşağı düşüb. Euro Stoxx 50 indeksi 0,38% azalaraq 6 236,50 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 0,37% geriləyərək 10 658,13 bəndə, Almaniyanın DAX indeksi 0,15% azalaraq 25 402,28 bəndə enib. Fransanın CAC 40 indeksi 0,34% azalaraq 8 090,28 bənd, İspaniyanın IBEX 35 indeksi isə 0,05% geriləyərək 19 555,90 bənd olub.
Asiya-Sakit okean regionunda isə qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 0,39% artaraq 63 729,13 bəndə, TOPIX 0,60% yüksələrək 4 061,45 bəndə çatıb. Honq-Konqun Hang Seng indeksi 0,06%, Çinin CSI 300 indeksi 0,66%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,27% artıb.
Asiya-Sakit okean regionunun MSCI Asia Pacific indeksi isə 1,07% azalaraq 272,26 bənd təşkil edib.
Bazar iştirakçıları əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı, qlobal inflyasiya göstəriciləri və enerji bazarındakı qiymət dəyişikliklərinə yönəldib. Neft qiymətlərinin yüksək qalması və geosiyasi risklər investorların ehtiyatlı davranmasına səbəb olur.