ABŞ, Avropa və Asiya fond bazarlarının əksəriyyətində əsas indekslər ticarət gününü enişlə başa vurub.
“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 0,20% azalaraq 52 552,97 bəndə, S&P 500 indeksi 0,51% enərək 7 533,77 bəndə, Nasdaq Composite indeksi isə 1,47% geriləyərək 25 881,95 bəndə düşüb. Kanadanın S&P/TSX Composite indeksi də 0,21% azalaraq 35 340,14 bənd olub.
Avropa bazarlarında Euro Stoxx 50 indeksi 0,29% artaraq 6 283,61 bəndə, FTSE 100 indeksi 0,54% yüksələrək 10 572,24 bəndə, IBEX 35 indeksi isə 0,15% bahalaşaraq 19 304,10 bəndə çatıb. Almaniyanın DAX indeksi 0,34% azalaraq 24 915,49 bəndə, Fransanın CAC 40 indeksi isə 0,05% geriləyərək 8 377,86 bəndə enib.
Asiya bazarlarında isə satışlar daha güclü olub. Yaponiyanın Nikkei 225 indeksi 5,82% azalaraq 62 947,47 bəndə, TOPIX indeksi 3,94% enərək 3 870,24 bəndə, Honq Konqun Hang Seng indeksi 1,98% geriləyərək 24 514,29 bəndə düşüb. Çinin CSI 300 indeksi 2,45% azalaraq 4 583,23 bənd, Avstraliyanın S&P/ASX 200 indeksi 0,79% enərək 8 770,90 bənd, MSCI AC Asia Pacific indeksi isə 1,54% azalaraq 268,45 bənd təşkil edib.
Analitiklərə görə enişə əsasən texnologiya sektorunda satışların güclənməsi və investorların geosiyasi risklər fonunda daha ehtiyatlı mövqe tutması səbəb olub.