Bank Of Baku

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
# 24 iyul 2026 08:50 (UTC +04:00)

Dünyanın aparıcı fond bazarlarında əsas indekslər ticarət sessiyasını enişlə başa vurub.

APA-Economics” xəbər verir ki, ABŞ fond bazarında “Dow Jones” indeksi 506,93 bənd və ya 0,97% azalaraq 51 711,65 bəndə, “S&P 500” indeksi 90,66 bənd və ya 1,21% geriləyərək 7 408,30 bəndə düşüb.

Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi isə 553,21 bənd və ya 2,15% azalaraq 25 137,69 bənd təşkil edib. “NYSE Composite” indeksi 0,19%, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,82% ucuzlaşıb.

Avropa fond bazarlarında da satışlar üstünlük təşkil edib. “Euro Stoxx 50” indeksi 1,69%, Almaniyanın “DAX” indeksi 1,56%, Fransanın “CAC” 40 indeksi 1,64%, İspaniyanın “IBEX” 35 indeksi 1,55%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,73% azalıb.

Asiya-Sakit okean regionunda ən böyük eniş Yaponiyada qeydə alınıb. “Nikkei 225” indeksi 3,13% azalaraq 64 340,80 bəndə düşüb. TOPIX indeksi 1,34%, Honq Konqun “Hang Seng” indeksi 1,27%, Çinin CSI 300 indeksi 1,17%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,86% geriləyib. Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,89% artıb.

Qlobal fond bazarlarındakı enişə ABŞ ilə İran arasında hərbi gərginliyin artması və bunun enerji təchizatına təsiri ilə bağlı narahatlıqlar əsas təsir göstərib. Neftin bahalaşması inflyasiyanın yenidən sürətlənə və mərkəzi bankların faiz dərəcələrini yüksək səviyyədə saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

ABŞ bazarlarında enişin daha kəskin olmasına iri texnologiya şirkətlərinin maliyyə nəticələri də təsir edib. “Alphabet” və “Tesla”nın səhmləri süni intellekt layihələrinə yönəldilən yüksək xərclər və sərbəst pul axını ilə bağlı narahatlıqlar fonunda ucuzlaşıb. Beləliklə, geosiyasi risklər və texnologiya sektorundakı satışlar bazarlarda riskli aktivlərdən çıxışı sürətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR