Bank Of Baku

Qlobal fond bazarlarında yüksəliş müşahidə olunub

Qlobal fond bazarlarında yüksəliş müşahidə olunub
# 18 sentyabr 2026 07:30 (UTC +04:00)

Dünya fond bazarlarında əsas indekslərin əksəriyyəti son ticarət sessiyasını artımla bağlayıb.

APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 316,14 bənd və ya 0,61% artaraq 51 778,04 bəndə, S&P 500 85,95 bənd və ya 1,14% yüksələrək 7 637,76 bəndə, Nasdaq Composite isə 439,87 bənd və ya 1,69% artaraq 26 418,30 bəndə çatıb. NYSE Composite 0,65% yüksələrək 24 089,55 bənd, Kanadanın S&P/TSX Composite indeksi isə 1,08% artaraq 35 874,26 bənd təşkil edib.

Avropada da bütün əsas indekslər yüksəlib. Euro Stoxx 50 0,90% artaraq 6 322,90 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 1,19% yüksələrək 10 816,14 bəndə, Almaniyanın DAX indeksi 0,70% artaraq 25 716,71 bəndə çatıb. Fransanın CAC 40 indeksi 0,57%, İspaniyanın IBEX 35 indeksi isə 1% yüksəlib.

Asiya-Sakit okean regionunda qarışıq dinamika qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 0,82% artaraq 64 662,11 bəndə yüksəlib, TOPIX isə 0,44% azalaraq 4 076,38 bəndə düşüb. Honq-Konqun Hang Seng və Çinin CSI 300 indeksləri 0,64% artıb. Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,12% geriləyib.

Bazarlardakı ümumi müsbət dinamika neft qiymətlərinin ikinci gün ardıcıl azalması və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin geriləməsi ilə əlaqələndirilir. FED-in faiz dərəcəsini 25 baza bəndi artırmasından sonra investorlar qərarı həzm edərkən, ucuzlaşan neft inflyasiya ilə bağlı narahatlıqları müəyyən qədər zəiflədib. ABŞ-da artıma xüsusilə texnologiya səhmləri dəstək verib. Avropada neftin ucuzlaşması və istiqraz gəlirliliyinin sabitləşməsi indeksləri yüksəldib. Asiyada isə investorların diqqəti Yaponiya Mərkəzi Bankının faiz qərarına yönəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR