Bank Of Baku

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
# 05 iyun 2026 07:49 (UTC +04:00)

ABŞ və Avropa birjalarında əsas indekslərdə artım müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, ticarət sessiyasının yekunlarına əsasən ABŞ fond bazarlarında əsas indekslərdən ikisi artımla bağlanıb.

“Dow Jones” indeksi 1,73% və ya 874,86 bənd artaraq 51 561,93 bəndə, S&P 500 indeksi isə 0,41% və ya 30,63 bənd yüksələrək 7 584,31 bəndə çatıb. “Nasdaq Composite” indeksi isə 0,09% və ya 23,01 bənd azalaraq 26 830,96 bənd səviyyəsində qərarlaşıb.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. Böyük Britaniyanın FTSE 100 indeksi 0,27% artaraq 10 360,32 bəndə, Almaniyanın “DAX” indeksi 0,60% yüksələrək 24 944,95 bəndə, Fransanın “CAC” 40 indeksi isə 1,15% artaraq 8 244,29 bəndə çatıb.

Asiya-Sakit Okean regionunda isə əsasən satışlar üstünlük təşkil edib. Yaponiyanın Nikkei 225 indeksi 1,20%, Honq-Konqun Hang Seng indeksi 0,76%, Çinin CSI 300 indeksi 0,23%, Avstraliyanın “S&P/ASX” 200 indeksi isə 0,73% azalıb.

Analitiklər qlobal bazarlardakı dinamikanı investorların ABŞ iqtisadiyyatına dair müsbət siqnalları qiymətləndirməsi və faiz dərəcələri ilə bağlı gözləntilərlə əlaqələndirirlər. Bununla yanaşı, Asiya bazarlarında mənfəət realizasiyası və region iqtisadiyyatlarına dair narahatlıqlar satış təzyiqini artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR