Qlobal fond bazarlarında keçirilən son ticarət sessiyası əsasən müsbət dinamika ilə başa çatıb.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarlarında “Dow Jones” indeksi 1,14% və ya 594,83 bənd artaraq 52 900,07 bəndə yüksəlib. S&P 500 indeksi isə demək olar ki, dəyişməyərək 7 483,24 bənd səviyyəsində qalıb. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” isə 0,80% və ya 207,36 bənd azalaraq 25 832,67 bəndə enib. “NYSE Composite” 0,93%, “S&P/TSX Composite” isə 0,31% bahalaşıb.
Avropa bazarlarında da müsbət tendensiya qeydə alınıb. “Euro Stoxx” 50 indeksi 1,24%, FTSE 100 1,67%, “DAX” 2,16%, “CAC” 40 1,65%, “IBEX” 35 isə 1,37% yüksəlib.
Asiya-Sakit okean regionunda da əsas indekslər artım nümayiş etdirib. Nikkei 225 0,85%, “TOPIX” 1,07%, Hang Seng 1,65%, CSI 300 1,15%, “S&P/ASX” 200 isə 1,26% bahalaşıb. Bununla belə, “MSCI Asia Pacific” indeksi 1,43% geriləyib.
Analitiklər bildirirlər ki, investorların risk iştahının artması və qlobal iqtisadiyyatla bağlı nikbin gözləntilər əksər bazarlarda alışları dəstəkləyib. Bununla yanaşı, texnologiya sektorunda mənfəət realizasiyası Nasdaq indeksinin geriləməsinə səbəb olub.