Avropa və Asiya fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, Avropada Euro Stoxx 50 indeksi 11,06 bənd və ya 0,17% artaraq 6 403,99 bəndə, Fransanın CAC 40 indeksi 27,38 bənd və ya 0,33% yüksələrək 8 306,15 bəndə çatıb.
Böyük Britaniyanın FTSE 100 indeksi 8,96 bənd və ya 0,08% azalaraq 10 822,13 bəndə, Almaniyanın DAX indeksi 39,87 bənd və ya 0,15% geriləyərək 26 006,53 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 28,90 bənd və ya 0,14% azalaraq 20 021,80 bəndə düşüb.
Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 281,16 bənd və ya 0,42% artaraq 66 681 bəndə, Çinin CSI 300 indeksi 2,88 bənd və ya 0,06% yüksələrək 4 577,90 bəndə çatıb.
Yaponiyanın TOPIX indeksi 18,42 bənd və ya 0,45% azalaraq 4 107,38 bəndə, Honq-Konqun Hang Seng indeksi 104,31 bənd və ya 0,41% geriləyərək 25 308,81 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi isə 56,79 bənd və ya 0,63% azalaraq 8 954,10 bəndə düşüb.
Bazarlarda əsas diqqət Yaxın Şərqdə gərginlik fonunda neft qiymətlərinin yüksəlməsi, inflyasiya riskləri və aparıcı mərkəzi bankların faiz qərarlarına yönəlib. Yüksək enerji qiymətləri əlavə faiz artımı ehtimalını gücləndirir. Bu həftə Avropa Mərkəzi Bankının faiz dərəcəsini artıracağı gözlənilir.