Bank Of Baku

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
# 14 sentyabr 2026 07:51 (UTC +04:00)

Son ticarət sessiyasında Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə olunub.

APA-Economics” xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi 512,73 bənd və ya 0,80% azalaraq 63 498,61 bəndə düşüb. “TOPIX” isə 26,59 bənd və ya 0,66% artaraq 4 054,89 bəndə yüksəlib.

Honq-Konqun Hang Seng indeksi 88,49 bənd və ya 0,36% artaraq 24 894,12 bəndə çatıb. Çinin “CSI” 300 indeksi 13,66 bənd və ya 0,30% azalaraq 4 496,50 bəndə, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,05% artaraq 8 745,80 bəndə yüksəlib.

Analitiklərə görə, Asiya bazarlarına neftin yenidən bahalaşması, Yaxın Şərqdə gərginliyin artması və ABŞ və Yaponiyada faiz artımı gözləntiləri təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR