Bank Of Baku

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
# 23 sentyabr 2026 08:37 (UTC +04:00)

Dünya fond bazarlarında əsas indekslər üzrə fərqli istiqamətlər müşahidə olunub.

APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 185,14 bənd və ya 0,36% azalaraq 51863,69 bəndə düşüb. “S&P” 500 demək olar dəyişməyərək 7764,64 bənd təşkil edib. “Nasdaq Composite” isə 122,19 bənd və ya 0,45% artaraq 27244,28 bəndə yüksəlib. “NYSE Composite” 0,24% azalaraq 24029,06 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,91% artaraq 36335,61 bənd olub.

Avropa bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. “Euro Stoxx” 50 indeksi 0,10% artaraq 6324,72 bəndə, Almaniyanın “DAX” indeksi 0,02% yüksələrək 25578,85 bəndə, Fransanın “CAC” 40 indeksi 0,20% artaraq 8154,91 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 0,15% yüksələrək 19754,10 bəndə çatıb. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,29% azalaraq 10708,33 bənd təşkil edib.

Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Honq-Konqun Hang Seng indeksi 0,76% azalaraq 24 896,04 bəndə, Çinin “CSI” 300 indeksi 0,50% geriləyərək 4521,75 bəndə düşüb. Avstraliyanın “S&P/ASX” 200 indeksi 0,16% artaraq 8772 bəndə yüksəlib. Yaponiyada isə bazarlar bağlı olduğundan Nikkei 225 və “TOPIX” üzrə son göstəricilər sentyabrın 18-nə aiddir.

Bazar iştirakçıları əsas diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı gözləntilərə, inflyasiya göstəricilərinə və texnologiya şirkətlərinin səhmlərinin hərəkətinə yönəldib. ABŞ-da texnologiya sektorundakı artım Nasdaq indeksini dəstəkləsə də, digər əsas indekslərdə ehtiyatlı dinamika müşahidə olunub. Avropada investorlar iqtisadi göstəricilər və şirkət hesabatlarını qiymətləndirərkən, Asiyada Çin iqtisadiyyatına dair narahatlıqlar bəzi indekslərə təzyiq göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR