Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı Fond Birjasında “AccessBank” ASC-nin adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 12 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 12 min ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 manatdır. İstiqrazların tədavül müddəti 1 il, istiqraz üzrə gəlirlilik isə 9% təşkil edir.
Yerləşdirmədə anderrayter kimi “PAŞA Kapital” MMC çıxış edəcək.