Bank Of Baku

“Accessbank” 12 mln. manat həcmində istiqrazların emissiyasına başlayır

“Accessbank” 12 mln. manat həcmində istiqrazların emissiyasına başlayır
# 26 dekabr 2014 15:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dekabrın 29-da Bakı Fond Birjasında “Accessbank”ın adi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.


Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 12 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 12 min ədəd, bir istiqrazın nominal dəyəri isə 1 000 manatdır. İstiqrazların tədavül müddəti 1 il, istiqraz üzrə gəlirlilik isə 9% təşkil edir. 

Yerləşdirmədə anderrayter kimi “Paşa Kapital” çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR