Bakı. Musa əhmədov - APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “ATA Holding” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.
“APA-Economics”in xəbər verir ki, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
Məlumata əsasən, emissiyanın həcmi 71 158 000 manat, bir səhmin nominal dəyəri 2 manat təşkil edir. Yerləşdirmədə anderrayter kimi “Brokdil-Az” MMC çıxış edəcək.